Bakı. 31 mart. REPORT.AZ/ Gürcüstan parlamenti sədrinin keçmiş müavini Rusudan Kervalişvili və bacısı Mayya Rçeulişvili dələduzluqda ittiham olunaraq, hər biri 4 il azadlıqdan məhrum edilib.
“Report“ Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Tbilisi şəhər məhkəməsi qərar çıxarıb.
İnformasiyaya əsasən, bacı-qardaş Tbilisidə yaşayış kompleksi tikmək adı altında vətəndaşlara qarşı 4,5 milyon dollarlıq dələduzluq ediblər.
Məlumata görə, onların vəkili Mariam Tsusrkiridze məhkəmənin qərarından apelyasiya verəcəyini bildirib.