Gürcüstan-Ermənistan sərhədində yanğın olub

Gürcüstanın Marneuli rayonunda, Ermənistanla sərhəddə yerləşən Qaçağan kəndi ərazisində yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, ilk olaraq Ermənistan ərazisində qeydə alınan yanğın daha sonra Gürcüstana yayılıb.

Əraziyə 7 yanğınsöndürmə briqadası və 35-ə yaxın yanğınsöndürən cəlb olunub. 

Digər xəbərlər