Ötən il Gürcüstan əhalisinin 20,1%-i yoxsulluq həddindən aşağıda yaşayıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.
Şəhər yerlərində bu göstərici 18%, kənd yerlərində isə 23,1% olub.
Qeyd edək ki, işsizlik və yoxsulluq qonşu ölkədə ən əsas problemlərdir.