Gürcüstan AŞ-nin Nazirlər Komitəsində sədrliyi başa çatır

Gürcüstanın Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinə sədrlik müddəti başa çatır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani bildirib.

Onun sözlərinə görə, mayın 15-də Gürcüstan sədrliyi Yunanıstana təhvil verəcək.

XİN başçısı Nazirlər Komitəsinin iclasının noyabr ayında keçiriləcəyini deyib.

Qeyd edək ki, qonşu ölkə AŞ-nin Nazirlər Komitəsinə sədrliyi ötən ilin noyabrın 29-da Fransadan təhvil alıb. 

Digər xəbərlər