Ermənistanda Gümrü şəhərinin keçmiş merinin səs yazısının olduğu işlə bağlı cinayət işi açılıb.
“Report” "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, Kommunist Partiyasının Gümrü meri vəzifəsinə namizədi Vardan Qukasyana aid səs yazısı ilə bağlı cinayət işi açılıb.
Söhbət martın 26-da internetdə yayılan səs yazısından gedir. Səsyazmada Qukasyan müəyyən adamların toplanmasını tələb edir, onları “problemlər”lə hədələyir.
İş iclasın keçirilməsinə mane olma və ya iclasda iştiraka məcbur etmə maddəsi (Ermənistan Cinayət Məcəlləsinin 236-cı maddəsi) ilə açılıb.