Gorusun meri saxlanılıb

Ermənistanın hüquq-mühafizə orqanları Gorus şəhərinin meri Aruş Aruşanyanı saxlayıb.

“Report” xəbər verir ki, bunu müxalif “Veto” ictimai-siyasi hərəkatının lideri Narek Malyan feysbukda yazıb.

Qeyd edək ki, bu gün Ermənistan baş naziri Nikol Paşinyanın Gorus şəhərinin yerləşdiyi Sünik vilayətinə səfəri gözlənilir. A.Aruşanyan onun vilayətə girişinə əngəl olmaq üçün sakinlərə çağırış edərək onları “Sünikin Qapıları”na toplayıb.

Digər xəbərlər

Türkiyədə 350 kq kokain aşkarlanıb 13 sentyabr, 2026 / 14:16
Hakan Fidan Suriyaya səfər edib 13 sentyabr, 2026 / 14:04