Fələstin lideri bu gün Türkiyəyə gəlir

Fələstin dövlətinin başçısı Mahmud Abbas iyulun 9-11-da Türkiyədə səfərdə olacaq.

“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçirilir.

M.Abbas türkiyəli həmkarı ilə görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlıq, İsrail-Fəsələtin münaqişəsindəki son vəziyyət, Fələstindəki siyasi durum kimi məsələlər müzakirə olunacaq.

Digər xəbərlər