Estoniya XİN: "Rusiya beynəlxalq hüquqa hörmət edərək mülki əhaliyə hücum etməməlidir"

Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfiri Vladimir Lipayevi çağıraraq həmin ölkənin Ukraynadakı əməllərini sərt şəkildə qınayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik Rein Tammsaar Rusiya ordusunun Ukraynada şəhər və yaşayış məntəqələrini birbaşa bombalamaq, günahsız mülki əhalini qətlə yetirmək kimi əməllərinin hərbi cinayət olduğunu vurğulayıb.

“Mariupoldakı doğum evinin bormbardmanı bunun ən idbar nümunəsidir. Bütün ölkələr beynəlxalq hüquqa hörmət edərək mülki əhaliyə hücum etməməlidir. Rusiyanın dinc sakinləri təxliyə etmək üçün imkan yaratmaması bizi təəssüfləndirir” – XİN-dən bildirilib.

Rusiya səfirinə bildirilib ki, Estoniya bundan sonra da Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyəcək.

Digər xəbərlər