Robert Abisoqomonyan Ermənistanın xarici işlər nazirinə müavin təyin edilib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan müvafiq qərar imzalayıb.
Yeni təyinata qədər Abisoqomonyan xarici işlər nazirinin müşaviri vəzifəsində çalışıb, o, xarici işlər naziri Ararat Mirzoyanın dördüncü müavinidir.