KİV: Ermənistanın keçmiş müdafiə naziri Rusiyaya qaçıb

Bakı. 5 may. REPORT.AZ/ Ermənistanın keçmiş müdafiə naziri, “Ohanyan-Raffi-Oskanyan” parlament seçki blokunun liderlərindən biri olan Seyran Ohanyan Rusiyaya qaçıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, hazırda Moskvadadır.

İnformasiyaya əsasən, keçmiş müdafiə naziri həbs ediləcəyindən ehtiyat edərək, Ermənistandan qaçaraq, Rusiyaya sığınıb.

Məlumata görə, Seyran Ohanyan Ermənistana qayıtmayacağını bildirib. 

Digər xəbərlər