Ermənistanın iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib

Ermənistanın iqtisadiyyat nazirinin müavini Varos Simonyan vəzifəsindən azad edilib.

“Report “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan bununla bağlı fərman imzalayıb.

Digər fərmanla bu vəzifəyə Arşak Aslanyan təyin olunub.

Qeyd edək ki, V.Simonyan 2019-cu il avqun 22-də bu posta gətirilmişdi. O, bundan əvvəl Ermənistanın Avropa İttifaqındakı ticarət attaşesi işləyib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49