Ermənistanın ilk prezidentinin zirehli xidməti avtomobili hərraca çıxarılıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Ermənistan hakimiyyəti ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın xidməti “Mersedes-Benz-500” zirehli avtomobilini hərraca çıxarıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hakimiyyət avtomobilin 34,5 min dollara satılması haqqında qərar qəbul edib.

Məlumata görə, hərrac üç ay ərzində təşkil olunacaq.

Avtomobil 1982-ci ildə istehsal olunub.

Qeyd edək ki, Levon Ter-Petrosyan 1991-ci il noyabrın 11-dən 1998-ci il fevralın 3-dək Ermənistanın prezidenti olub. 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49