Ermənistanın İstintaq Komitəsi rəhbərinin keçmiş müavini saxlanıldı

Ermənistanın İstintaq Komitəsi başçısının keçmiş müavini, 1 mart 2008-ci il qətlləri ilə bağlı cinayət işi üzrə axtarışa verilmiş Vaaqn Arutunyan Moskvada saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS bildirib.

“Ermənistanın sorğusu üzrə bu ölkənin vətəndaşı Vaaqn Arutunyan Moskvanın mərkəzində saxlanılıb. Onun vətənə ekstradisiyası haqqında məsələ həll ediləcək", - mənbə agentliyə deyib.

Qeyd edək ki, Yerevan şəhərinin ümumi məhkəməsi 2018-ci ilin 30 dekabrında Vaaqn Arutunyanın ikinci dəfə həbsi haqqında qərar çıxarıb. Fevralın 6-da Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24