Ermənistanın ekologiya nazirinin keçmiş müavini hökuməti məhkəməyə verib

Ermənistanın ekologiya nazirinin keçmiş müavini Qayane Qabrielyan hökuməti məhkəməyə verib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i “Datalex” məhkəmə informasiya portalına istinadən məlumat yayıb.

O, öz vəzifəsinə bərpa olunmasını və məcburi fasiləyə görə kompensasiya ödənilməsini tələb edir.

2024-cü il martın 21-də baş nazir Nikol Paşinyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılan Qabrielyan istefasının qanunsuz olduğunu təkid edir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40