Ermənistanın baş naziri Nikol Paşinyan “Rosatom”un Baş direktoru Aleksey Lixaçovun başçılıq etdiyi Rusiya nümayəndə heyətini qəbul edib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumət başçısının saytında məlumat verilib.
Görüşdə nüvə enerjisi sahəsində əməkdaşlıq, Ermənistanda atom elektrik stansiyasının (AES) yeni enerji blokunun tikintisi, həmçinin AES-in ikinci enerji blokunun istismar müddətinin uzadılması məsələləri müzakirə edilib.