Ermənistanın baş naziri protokola cavabdeh olan şəxsi işdən çıxarıb

Ermənistan Baş Naziri Aparatında protokol üzrə məsul şəxs olan Suren Varosyan tutduğu vəzifədən azad edilib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.

Qeyd edək ki, S.Varosyan bu vəzifəyə 2021-ci ilin avqustunda təyin edilmişdi.

Digər xəbərlər