Ermənistanda zavodda yanğın olub

Bakı. 19 yanvar. REPORT.AZ/ Yerevanda “Armenal” zavodunda yanğın baş verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda “Armenal”ın mətbuat katibi Aleksandr Melkumyan bildirib.

O, hadisə nəticəsində xəsarət alanların olmadığı bildirib.

Yanğının səbəbi araşdırılır. 

Digər xəbərlər