Ermənistanda hərbi maşınla minik avtomobili toqquşub, ölən və yaralananlar var

Ermənistanda hərbi maşınla minik avtomobili toqquşub. 

“Report” “Shamshyan”a istinadən xəbər verir ki, hadisə mayın 21-də Sünik vilayətində - Meqri-Yerevan avtomobil yolunun 82-ci kilometrliyində qeydə alınıb.

“Ford” markalı minik avtomobili QAZ markalı hərbi maşınla toqquşub. Nəticədə 1 nəfər mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Ölən 23 yaşlı Arsvik Voskanyan adlı şəxs, yaralılardan ikisi isə Ermənistan ordusunun hərbçiləridır. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı cinayət işi başlayıb.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50