Ermənistanda yeniyetmələrin iştirakı ilə törədilən cinayətlərin sayı artıb

Bakı. 15 fevral. REPORT.AZ/ Ermənistanda yeniyetmələrin iştirakı ilə törədilən cinayətlərin sayı artıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Xidmətin məlumatına əsasən, 2017-ci ildə yeniyetmələrin iştirakı ilə 407 cinayət törədilib. 2016-cı ildə isə onların iştirakı ilə 375 cinayət hadisəsi qeydə alınıb. Bunların da 170-ni yeniyetmələr Yerevanda törədiblər. 2017-ci ildə 134 yeniyetmə mühakimə olunub. Həmin yeniyetmələr oğurluq və xuliqanlığa görə mühakimə olunublar. 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49