Ermənistanda yeni baş prokuror seçilib

Anna Vardapetyan Ermənistanın baş prokuroru seçilib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, 70 deputat onun seçilməsinin lehinə səs verib.

Səsvermədə əleyhinə çıxan olmayıb.

Qeyd edək ki, 36 yaşlı A.Vardapetyan daha öncə Nikol Paşinyanın köməkçisi vəzifəsində çalışıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24