Bakı. 22 mart. REPORT.AZ/ Ermənistanda martın 21-də axşam saatlarında xarici vətəndaşların olduğu avtomobil dərəyə düşüb. Hadisə yerli vaxtla təxminən 19:31 radələrində qeydə alınıb.
"Report" xəbər verir ki, " Mercedec Vito" markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində Gürcüstan vətəndaşı olan 1992-ci il təvəllüdlü kişi və 1993-cü il təvəllüdlü qadın xəsarət alıblar.
Hər iki şəxs İcevan xəstəxanasına çatdırılıblar. Həkimlər onların vəziyyətini qənaətbəxş hesab edir.