Bakı. 2 may. REPORT.AZ/ Ermənistanda vəkillər də tətil edərək Ali Məhkəmənin binası qarşısında etiraz aksiyası keçirirlər.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, vəkillər Ali Məhkəmənin sədri Arman Mkrtumyanın istefasını tələb edirlər.
Onlar “Arman rədd ol!” şüarını səsləndiriblər.
Vəkillərin müxalifətin etiraz aksiyasını da dəstəklədiyi qeyd olunub.