Bakı. 7 noyabr. REPORT.AZ/ Ermənistanın gələn ilki dövlət büdcəsində turizmə dövlət dəstəyi üçün ayrılan vəsait iki dəfə azaldılıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, 2017-ci ilin dövlət büdcəsində bu sahəyə 210 min dollara (100 milyon dram) yaxın pul ayrılıb.
Məlumata görə, 2016-cı ildə bu sahəyə ayrılan dövlət vəsaiti 400 min dollara (188,4 milyon dram) yaxın olub.