Ermənistanda müxalifət liderləri və daha 350 nəfər saxlanılıb - YENİLƏNİB-2

Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda saxlanılanların sayı 350 nəfərə yüksəlib.

“Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Etirazlar davam edir.

13:00

Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda saxlanılanların sayı 84-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.

Etiraz aksiyaları davam edir.

09:29

Ermənistan polisi sentyabrın 22-də səhər saatlarında müxalifət liderlərindən sayılan, "Ana Ermənistan" Partiyasının sədri Andranik Tevanyanı saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bundan başqa, polisin məlumatına görə, İrəvanda keçirilən aksiyalar zamanı daha 26 nəfər saxlanılıb.

Qeyd edək ki, A.Tevanyan Rusiyayönlü siyasi təşkilatın başçısıdır.

O, 1974-cü ildə İrəvanda anadan olub. 2021-2023-cü illərdə Ermənistan parlamentinin deputatı olub. Bu il İrəvan şəhər bələdiyyəsinə üzv seçilib. 2003-2013-cü illərdə Rusiya-Ermənistan Universitetində müəllim işləyib.

A.Tevanyan Qarabağın Azərbaycanın ərazisi olaraq tanınmasına qarşı çıxıb. O, son günlər İrəvanda hökumətə qarşı keçirilən etiraz aksiyasının təşkilatçılarındandır.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45