Ermənistan İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılıq üzrə Baş İdarəsinin binasından 590 min ABŞ dolları oğurlanıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV - məlumat yayıb.
Məlumata görə, sübut kimi götürülən pulların saxlandığı seyf 6-cı mərtəbədəki otaqda olub. Oğru isə o otağa saxta müstəntiq vəsiqəsi ilə daxil olub.
Faktla bağlı iş açılıb. Müstəntiqlər hadisəni törədən şəxsi axtarır.