Ermənistanda hərbçilərin yük avtomobili aşıb, iki hərbçi yaralanıb

Bakı. 7 iyul. REPORT.AZ/ Ermənistanda iyulun 7-də Vanadzor-Dilican avtomovil yolunda “Kamaz” markalı hərbi yük maşının aşması nəticəsində iki hərbçi yaralanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisəyə mal-qara sürüsünün yoldan keçməsi səbəb olub.

Məlumata görə, yol polisi qəzanın səbəbini araşdırır. 

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50