Ermənistanda hərbçi ölüb

Ermənistan Müdafiə Nazirliyinin hərbçisi David Vaxani Nersisyan Zəngəzurda hərbi hissələrdən birində qeyri-döyüş şəraitində ölüb.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, qəflətən özünü pis hiss edib. Hərbçi hospitala yerləşdirilib və orada ölüb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər

Türkiyədə 350 kq kokain aşkarlanıb 13 sentyabr, 2026 / 14:16
Hakan Fidan Suriyaya səfər edib 13 sentyabr, 2026 / 14:04