Ermənistanda əsgər intihar edib

Ermənistanın Tavuş vilayətinin Noyemberyan şəhərində yerləşən Dilican təlim mərkəzində 2000-ci il təvəllüdlü, sıravi əsgər Vaan Muşeqyan ipdən asılı halda aşkar edilib.

“Report” “Lragir”ə istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib.

Əsgərin intihar etdiyi ehtimal olunur.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər