Ermənistanda eks-prezidentlərə ittiham irəli sürən keçmiş müstəntiq həbs edilib

Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyana qarşı ittiham irəli sürən sabiq müstəntiq Qraçya Muşeqyan həbs edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu cinayət məhkəməsinin mətbuat katibi Liana Rafaelyan bildirib.

Q.Muşeqyan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı işdə həbs edilib. Hadisə ötən ilin avqustunda baş verib. Müstəntiq sərxoş vəziyyətdə sükan arxasında olub.

Vəzifədən ayrıldıqdan sonra o, vəkillik fəaliyyəti ilə məşğul olub.

Digər xəbərlər

İranda fabrik yanır 05 yanvar, 2026 / 17:53