Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı keçiriləcək

Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı keçiriləcək.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.

Toplanışlar 3 iyun - 22 avqust tarixlərində keçiriləcək. Ehtiyatda olan hərbçilər toplanışlara 25 gün müddətinə cəlb ediləcək.

Toplanışlar il ərzində dövri olaraq keçirilir.

Digər xəbərlər

Kipr Prezidenti Ukraynaya gedib 04 dekabr, 2025 / 14:21