Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər başa çatıb

Ermənistanda ABŞ ilə birgə “Eagle Partner-2025” hərbi təlimləri başa çatıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Avqustun 20-də beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində Ermənistanda “Eagle Partner-2025” hərbi təlimlərinin bağlanış mərasimi keçirilib. Komandanlıq səmərəli əməkdaşlığa, birgə təlimlərin uğurlu keçirilməsinə və təcrübə mübadiləsinə görə şəxsi heyətə təşəkkür edib", - Nazirlikdən bildirilib.

Qeyd edək ki, “Eagle Partner-2025” hərbi təlimləri avqustun 12-də başlayıb. Manevrlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı Quru qoşunlarının, Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak ediblər. Təlimlərdə tibbi evakuasiya prosedurlarına diqqət yetirilməklə sülhməramlı tapşırıqların hazırlanması və icrası yerinə yetirilib.

Digər xəbərlər

Zelenski Kiprdə səfərdədir 07 yanvar, 2026 / 12:15