Bakı. 5 dekabr. REPORT.AZ/ Ermənistanın Vanadzor rayonunda gecəqondularda baş verən yanğın nəticəsində 5 ailə küçədə qalıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, taxtadan quraşdırılan evləri ruhi-əsəb xəstəliyi olan şəxs yandırıb.
Onun yandırdığı 5 gecəqonduda 19 nəfər yaşayırmış.
Hadisə ilə bağlı araşdırma aparılır.