Ermənistan XİN başçısı Fransaya gedəcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan oktyabrın 27-də Fransaya işgüzar səfərə gedəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, Fransanın xarici işlər naziri Jan Mark Eyro ilə görüşəcək.

Digər xəbərlər