Ermənistanda Milli Təhlükəsizlik Xidmətinə və Polis rəhbərliyinə müvəqqəti təyinat olub

Ermənistan prezidenti Armen Sarkisyan Milli Təhlükəsizlik Xidməti (MTX) və Polis rəhbərliyinə müvəqqəti təyinat edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, sərəncamla Eduard Martirosyan MTX-nin, Arman Sarkisyan isə Polisin müvəqqəti rəhbəri təyin olunub.

Xatırladaq ki, bundan əvvəl baş nazir Nikol Paşinyanın təklifi əsasında ölkə prezidenti MTX direktoru Artur Vanesyanı və Polisin rəhbəri Valeri Osipyanı istefaya göndərmişdi.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49