Bakı. 28 noyabr. REPORT.AZ/ Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyan Yerevan İstintaq İdarəsinə çağırılıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə A.Aşotyan "Facebook" səhifəsində yazıb.
"Hazırda bir neçə aydır davam edən absurd iş üzrə hələ ki şahid qismində Yerevan İstintaq İdarəsindəyəm", - deyə yazan partiya sədrinin müavini bundan əvvəl son dəfə iki ay əvvəl dindirildiyini vurğulayıb.
A.Aşotyan sorğu-sualın detalları barədə sonra məlumat verəcəyini qeyd edib. O eyni zamanda seçkiqabağı kampaniya zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının belə hərəkətləri ilə bağlı şərh vermək niyyətində olduğunu da bildirib.