Ermənistan prezidenti Rusiya ilə “Birləşmiş qoşun qrupları"nın yaradılması haqqında razılaşmanı təsdiqləyib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan “Rusiya Federasiyası və Ermənistan Silahlı Qüvvələrinin Birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında razılığ”ı oktyabrın 23-də təsdiqləyib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı Ermənstan prezidentinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, Serj Sarqsyan Rusiya, Belarus və Ermənistan arasında “Müdafiə sistemləri” dövlətlərarası maliyyə-sənaye qrupunun yaradılması haqqında razılşamanı təsdiqləyib.

Məlumatda həmçinin o da bildirilir ki, İordaniya Haşimilər Krallığı hökuməti ilə Ermənistan arasında sərmayələrin stimullaşdırılması və qarşılıqlı müdafiəsi haqqında razılıq da ratifikasiya olunub. 

Digər xəbərlər