Ermənistan parlamenti ölkənin Avrasiya İttifaqından çıxması haqqında qanun layihəsinə baxacaq

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması haqqında qanun layihəsinə oktyabrın 3-də keçirilən iclasında baxacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu parlamentin sədri Ara Babloyan bildirib.

“Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası sənədə baxaraq mənfi rəy bildirsə də, həmin qanun layihəsinə bu gün növbədənkənar qaydada baxılacaq”, - o vurğulayıb.

Qeyd edək ki, müxalifət Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması haqqında parlamentə qanun layihəsi təqdim edib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40