Bakı. 6 dekabr. REPORT.AZ/ Ermənistan parlamenti Avrasiya İqtisadi Birliyinin (AİB) Gömrük Məcəlləsinə dair sazişi ratifikasiya edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, müvafiq qanun layihəsinin qəbul edilməsinin lehinə 82, əleyhinə isə 5 deputat səs verib.
Sazişin məqsədi AİB ölkələrində vahid gömrük tənzimlənməsini təmin etməkdir.
Xatırladaq ki, AİB-in Gömrük Məcəlləsinə dair saziş bu yaxınlarda Qazaxıstan, Belarus və Rusiya tərəfindən də ratifikasiya olunub.