Ermənistanın Baş Qərargah rəisi Moskvaya gedib

Ermənistan silahlı qüvvələri Baş Qərargahının rəisi, general-leytenant Artak Davtyan bu gün Moskvaya yola düşüb.

“Report” “Aysor”a istinadən xəbər verir ki, o, MDB ölkələri Silahlı Qüvvələri Baş Qərargah rəisləri Komitəsinin iclasında iştirak edəcək.

A.Davtyanın səfər çərçivəsində ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir. 

Digər xəbərlər