Ermənistan ordusunun əsgəri müəmmalı şəkildə ölüb

Bakı. 4 may. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin əsgəri Artur Qasparyan müəmmalı şəkildə ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1998-ci ildə anadan olmuş Artur Qasparyan başından aldığı güllə yarasından ölüb. Lakin nazirlik əsgərin harada öldüyünü açıqlamayıb.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin səbəbi araşdırılır.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24