Ermənistan KTMT-ni fəaliyyətsizlikdə ittiham edib

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ya fəaliyyət göstərməli, ya da mövcud olmadığını bildirməlidir”.

“Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan yanvarın 13-də jurnalistlərə açıqlamasında bildirib.

O, KTMT-ni məsuliyyət zonasını müəyyən etməyə çağırıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da yanvarın 10-da keçirdiyi mətbuat konfransında KTMT sülhməramlılarının ölkə ərazisində təlim keçməsini məqsədəuyğun saymadıqlarını bildirmişdi.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24