Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşları dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 5 nəfəri saxlayıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, sərhəd sektorunun mühafizə olunan "Ququti", "Sadaxlo" və "Vale" bölmələrində saxlanılan şəxslər arasında üç əcnəbi – 1992-ci il təvəllüdlü A.V., 1997-ci il təvəllüdlü H.S. və Gürcüstan vətəndaşı 197-ci il təvəllüdlü K.O., eləcə də iki digər şəxs – 1976-cı il təvəllüdlü və 1993-cü il təvəllüdlü K.L. var.
Gürcüstan Sərhəd Polisinin məlumatına görə, bu cinayətə görə 5 ilə qədər həbs cəzası nəzərdə tutulur. İstintaq müəyyən edib ki, A.V. və H.S. qrup halında Ermənistan-Gürcüstan dövlət sərhədini keçməyə cəhd ediblər, K.O. isə Ermənistan Respublikasından Gürcüstana daxil olub, müttəhimlər M.K. və K.L. isə Türkiyə vasitəsilə Gürcüstana keçməyə çalışıblar.
Sərhəd Polisinin bəyanatında bildirilir ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 2-ci hissəsi və 344-cü maddəsinin 1-ci hissəsi üzrə istintaq aparılır. Cinayət maddələri qrup halında sərhədi qanunsuz keçməyə cəhd və sərhədin qanunsuz keçilməsi ilə bağlıdır.