Ermənistan Baş Prokurorluğu İrəvanın sabiq merindən 5,2 milyon dollar məbləğində vəsaitin müsadirəsini tələb edir

Ermənistan Baş Prokurorluğu İrəvanın keçmiş meri, deputat Taron Markaryandan 5 milyon dollardan çox məbləğdə vəsaitin müsadirə edilməsini tələb edir.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Baş Prokurorluğa istinadən bildirir.

"Baş Prokurorluq sabiq merdən və onunla əlaqəli şəxslərdən 2 milyard dram (5,2 milyon dollar) məbləğində pul vəsaitinin və daşınmaz əmlakın müsadirə edilməsini tələb edir. Markaryanın əmlakına həbs qoyulub", - qurumdan bildiriblər.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49