Ərdoğan: “Türkiyənin peyvəndini bəşəriyyətin istifadəsinə təqdim edəcəyik”

“Peyvənd millətçiliyinin hələ də müxtəlif üsullarla davam etdirilməsini və hətta Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınan vaksinlərin beynəlxalq arenada ayrı-seçkiliyə məruz qalmasını qəbuledilməz hesab edirik”.

“Report” xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tviterdəki hesabında yazıb.

“İnşallah TURKOVAC peyvəndimizi bütün bəşəriyyətin istifadəsinə təqdim edəcəyik”, - Türkiyə lideri əlavə edib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24