"Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təşkilinə ümid edirəm".
"Report" xəbər verir ki, bunu Türkiyənin dövlət başçısı ABŞ-ın PBS televiziyasına müsahibəsində bildirib.
Ərdoğan Rusiya və Ukrayna kontekstində balanslaşdırılmış siyasət apardığını və hər iki tərəfi dinlədiyini qeyd edib:
"Ona görə də bu liderləri bir araya gətirmək üçün güclü istəyimiz var. Gəlin onları bir araya gətirək. Mən hər şeyi onlardan eşitmək istəyirəm. İndiyədək uğur qazana bilməmişik, amma ümidsiz deyiləm", - Türkiyə lideri vurğulayıb.