Ərdoğan Qərbi ikili standartlarda qınayıb: “Türkiyənin narahatlıqlarını nəzərə almırlar”

"Başsağlığılar Türkiyənin terrorla mübarizəsinin uğurla başa çatması üçün kifayət deyil".

“Report” xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə əli qana batan terrorçulara qarşı mübarizə aparır: "Bəzi dövlətlər və beynəlxalq təşkilatlar Türkiyənin təhlükəsizliklə bağlı narahatçılqılarını nəzərə almırlar. Halbuki, məsələ öz təhlükəsizliklərindən gedəndə heç bir sərhəd tanımırlar. Bu, ikili standartdır”.

R.T.Ərdoğan qeyd edib ki, beynəlxalq ictimaiyyətin başsağlığıları Türkiyənin terrorla mübarizəsinin uğurla başa çatması üçün kifayət deyil.

Türkiyə lideri beynəlxalq ictimaiyyəti ədalətli olmağa çağırıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49