Bakı. 4 may. REPORT.AZ/ Egey dənizində Midilli adası yaxınlığında Türkiyənin sement dolu “Karmate” yük gəmisi ilə Yunanıstanın hərbi gəmisi toqquşub.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, gəmilərin batma təhlükəsi yoxdur.
Hadisədən sonra “Karmate” Türkiyənin su sahəsinə qayıdıb.