Əfqanıstandakı terrorçu qruplaşmaların sayı açıqlanıb

Bakı. 19 fevral. REPORT.AZ/ Əfqanıstanda 20-dən çox terrorçu qruplaşma fəaliyyət göstərir.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu MDB-yə üzv dövlətlərin antiterror mərkəzinin rəhbəri Andrey Novikov müşavirədə deyib.

O, fevralın 19-da MDB-yə üzv ölkələrin Antiterror mərkəzlərinin rəhbərlərinin müşavirəsində bildirib: “Tərəfdarlarımızın qənaətincə, təkcə Əfqanıstanda 20-dən çox terrorçu qruplaşma fəaliyyət göstərir. Biz onların ideoloji və siyasi cəhətdən birmənalı olmadığını, maraqlarının ziddiyyətli məqamlarını, habelə ümumi mütəşəkkil cinayətkarlıqla əlaqələrini tamamilə dəyərləndirə bilərik”.

A.Novikov vurğulayıb ki, MDB-yə üzv dövlətlərin təhlükəsizlik, xüsusi xidmət və hüquq-mühafizə orqanları Suriya-İraq, Əfqanıstan-Pakistan zonalarında vəziyyətin mürəkkəb olduğunu bildirirlər.

Qeyd edək ki, müşavirədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan və Ermənistan nümayəndələri iştirak ediblər. 

Digər xəbərlər

Nikol Paşinyan Brüsselə yollanıb 03 noyabr, 2026 / 09:47