Əfqanıstanda hərbçilərə hücum olub, ölən və yaralananlar var

Əfqanıstanın şərqindəki Nəngərhar əyalətinin paytaxtı Cəlalabadda bu gün səhər təhlükəsizlik qüvvələrinin konvoyunu hədəfləyən partlayış nəticəsində 2 nəfər mülki şəxs ölüb, 10 nəfər yaralanıb.

“Report” “Tolo”ya istinadən xəbər verir ki, bu barədə əyalət qubernatorunun sözçüsü Ətaullah Xoqyani deyib.

O bildirib ki, təhlükəsizlik qüvvələri arasında zərərçəkən olub-olmadığı hələ məlum deyil.

Hücumun məsuliyyətini heç bir silahlı dəstə üzərinə götürməyib.

Digər xəbərlər

Zelenski Kiprdə səfərdədir 07 yanvar, 2026 / 12:15