“Seçkilərdə yüksək fəallıq müşahidə olunur”.
“Report”un xəbərinə görə, bunu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Ankarada səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bütün namizdlərə və siyasi partiyalara uğurlar arzulayıb.
D.Baxçalı bildirib ki, seçkilərin nəticələrini Ankarada partiyanın mənzil-qərargahında izləyəcək.